img
YÜKLƏNİR...

Tərəfdaşlıq

“AzerTelecom” şirkəti “Azerbaijan Digital Hub” proqramının icrası çərçivəsində ən müxtəlif yerli və xarici telekommunikasiya operatorları ilə sıx əməkadşlıq edir. “Azerbaijan Digital Hub” proqramı çərçivəsində mövcud olan layihələr üzrə indiyədən Avropa, Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq regionu ölkələrinin ən müxtəlif telekommunikasiya operatorları ilə 30-dan çox əməkdaşlıq sənədi imzalanıb.

Yerli və xarici tərəfdaşlar

“AzerTelecom” şirkəti “Azerbaijan Digital Hub” proqramı çərçivəsində ən müxtəlif layihələrin icrası ilə bağlı iqtisadiyyatın dövlət və özəl sektorunda çalışan fərqli qurumlarla sıx tərəfdaşlıq əlaqələrinə sahibdir.

“AzerTelecom” şirkəti Xəzər Enerji Klubu (Caspian Energy Club), Amerikanın Azərbaycandakı Ticarət Palatası (AMCHAM) və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) kimi nüfuzlu təşkilatların üzvüdür.

“AzerTelecom” şirkəti “Azerbaijan Digital Hub” proqramı çərçivəsində ən müxtəlif dövlətlərin telekommunikasiya operatorları ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq “Azerbaijan Digital Hub” proqramının çərçivəsində müxtəlif layihələr üzrə aparılır. Proqramı çərçivəsində “AzerTelecom” şirkətinin tərəfdaşları sırasında “Transtelecom”, “Caucasus Online” “China Telecom”, “Huawei”, “DE CİX”, “ТрансТелеКом”, “McKinsey and Company”, “Axiom”, “Detecon” və digərləri vardır.

img

Tərəfdaşlar

Tərəfdaşa çevrilin

“Azerbaijan Digital Hub” proqramı çərçivəsində qoyulmuş strategi hədəflərə nail olunması, ölkə daxilində və əməkdaşlığın mümkün olduğu müxtəlif region ölkələrində telekommunikasiya infrastrukturunun güclənməsi, rəqəmsallaşma proseslərinin daha da sürətlənməsi, rəqəmsal ekosistemin qurulması istiqamətində “AzerTelecom” şirkəti yeni tərəfdaşlıq və əməkdaşlıq proseslərinə açıqdır.

Biz maraqlı tərəfləri qarşılıqlı faydalı əməkdaşlığa dəvət edirik.

  • Ünvan - "8 noyabr" prospekti 113, Baku Bay Tower, AZ1025, Bakı, Azərbaycan

  • E-poçt - info@azertelecom.az

Azərbaycan - dünyanın yeni rəqəmsal mərkəzi