img
YÜKLƏNİR...

“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi

img

“Azerbaijan Digital Hub” proqramının birinci mərhələsi çərçivəsində icra edilən ən mühüm layihələrdən biri də məhz Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması ilə bağlı aparılan “Rəqəmsal İpək Yolu” – “Digital Silk Way” layihəsidir.

Tarixi ipək yolunun üzərində yerləşən, əlverişli coğrafi mövqeyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilmiş Azərbaycan Respublikası hazırda Qərblə Şərq arasında həm də rəqəmsal ipək yolunun yaradılması üzrə geniş imkanlara sahibdir.

Proqram çərçivəsində icra olunan bu layihə Avropanın internet mərkəzlərindən rəqəmsal kontentin və internet xidmətinin məhz Azərbaycan üzərindən Asiya ölkələrinə daşınmasını nəzərdə tutur.

Layihə Azərbaycanın yaradılacaq telekommunikasiya dəhlizində mərkəzi mövqeyə sahib olmasını, internet xidmətinin və iri kontent operatorları olan “Google”, “Amazon”, “Allibaba”, “Netflix”, “Facebook” və digərlərinin kontentinin daşınmasında tranzit ölkə olmasını, gələcəkdə isə Bakının İnternet Mübadilə Mərkəzinə çevrildikdən sonra mərkəzə çevrilməsini və bu kontentin, eləcə də internetin artıq buradan Orta və Cənubi Asiya regionu dövlətlərinə, eləcə də digər ətraf region dövlətlərinə daşınmasını özündə ehtiva edir.

“Rəqəmsal İpək Yolu” layihəsi Türk Dövlətləri Təşkilatının diqqət mərkəzindədir. Təşkilatın ötən ilin 11 noyabr tarixində Özbəkistanın paytaxtı Səmərqənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində üzv dövlətlər arasında əməkdaşlığı genişləndirəcək “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun əhəmiyyəti, sözügedən layihənin həyata keçirilməsində IT infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda da Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə olaraq qeyd olunub.

AzerTelecom Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Azərbaycan - dünyanın yeni rəqəmsal mərkəzi